MOBİL TƏDBİQLƏRİN HAZIRLANMASI

Günümüzdə internet istifadəçilərinin 70%-i internetə mobil qurğular vasitəsi ilə daxil olmaqdadır.

Bu tendensiyası istənilən biznes sahəsi üçün mobilləşmə zəruriyyətini yaradır. İstənilən şirkət üçün onların müştərilərini, işçi heyətini hədəf alan mobil tətbiqetmə hazırlanması mümkündür. Biznesinizi “Google Play Store” və “App Store”də işıqlandırmaq məqsədilə sizin üçün unikal və mürəkkəbliyindən asılı olmayaraq hər növ funksional  mobil tətbiq hazırlayırıq. Mobil Tətbiqlərin inkişafı müxtəlif əməliyyat sistemlərinə uyğunluğu ilə yanaşı, müxtəlif ekran ölçülərində (telelon,panşet) işləməsi də vacib amillərdəndir.

Biznesin mobil aplikasiyaya sahib olması bir çox üstünlüklər qazandırır:

  • Müştərilərlə birbaşa kommunikasiya. Mobil tətbiqlər vasitəsilə kampaniyalar, endirimlər daha sürətli müştərilərə çatdırılır.
  • Rəqabət qabiliyyətlilik. Müasir dövrdə kəskin rəqabət şəraitində mobil tətbiqə sahib olan rəqiblərlə mübarizədə uduzmamaq üçün mobil tətbiq hazırlanması birinci şərtdir.
  • Müştərilərlə əlaqə. Mobil tətbiqlərin əksəriyyətində yer alan əlaqə bölməsi istifadəçilərin suallarını, məmnuniyyətlərini, təklif və iradlarını birbaşa şəkildə bildirməsinə kömək olur.
  • Daimi müştəri qazanmaq. Mobil tətbiqi yükləmiş istifadəçilərə təklif olunan kampaniyalar və onlara diqqət göstərilməsi bu istifadəçiləri daimi müştərilərə çevirir.

Add Your Heading Text Here

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Mobil tətbiqlərin hazırlanmasında nəzərə alınması vacib olan bəzi nüanslar var. Bunlardan birincisi, mobil tətbiqin istifadəçilər üçün sadə və anlaşıqlı olmasıdır. Mürəkkəblik və çətin başa düşülən olması istifadəçilərin mobil tətbiqdən istifadəsini kəskin şəkildə azalda bilər. Digər bir məqam isə mobil tətbiqlərin hazırlanması zamanı kreativ yanaşmanın olmasıdır. Mobil tətbiqin funksiya və dizaynının kreativ və diqqət çəkən olması onlardan istifadəni artırmaqla yanaşı, istifadəçi məmnuniyyətinin də artmasına səbəb olacaqdır.

Mobil tətbiqlərin yaradılması prosesi aşağıdakı kimidir:

  • Biznesin və iş modelinin analiz edilməsi;
  • İT konsultasiya və tələblərin müəyyənləşdirilməsi;
  • İstifadəçi interfeyslərinin dizaynı;
  • Mobil tətbiqin hazırlanması;
  • Tələb olunan back-end servislərinin hazırlanması;
  • İdarə panelinin hazırlanması;
  • Mövcud resurslar ilə inteqrasiya;
  • Satış sonrası texniki dəstəyin göstərilməsi.